Xəbər lenti

ABŞ-ın itkin düşən F-35 qırıcısı bir gün sonra tapıldı (YENİLƏNİB)
Dünya 11:40 19.09.2023

ABŞ-ın itkin düşən F-35 qırıcısı bir gün sonra tapıldı (YENİLƏNİB)

ABŞ ordusu Cənubi Karolinada itmiş F-35 qırıcısının qalıqlarının aşkarlandığını təsdiqləyib. 


Qaynarinfo xəbər verir ki, bu, ABŞ-ın Çarlston Birgə Bazasının X sosial şəbəkəsindəki mesajlarından məlum olub.


Qəzaya uğrayan təyyarənin qalıqlarının bazadan iki saat şimal-şərqdə, Uilyamsburq dairəsində tapıldığı bildirilir.


ABŞ Birgə Bazasının nümayəndələri vətəndaşları qırıcının qalıqlarının tapıldığı yerə yaxınlaşmamağa çağırıb. Onlar həmçinin ABŞ Dəniz Piyadalarının təyyarənin qalıqlarını ərazidən çıxaracağını bildiriblər.


Alpər

 

11:00


ABŞ-da hərbçilər Cənubi Karolina ştatında itən F-35B Lightning II qırıcısının tapılması üçün vətəndaşlardan kömək istəyib.

Qaynarinfo xəbər verir ki, AP-nin verdiyi məlumata görə, qırıcı təyyarənin pilotu bazar günü günortadan sonra açıqlanmayan insidentdən sonra katapult edə bilib və vəziyyəti stabildir

Təyyarənin yeri hələ müəyyən edilməyib, hərbçilər insanlardan onun tapılmasına kömək etməyi xahiş ediblər. Axtarışlar Çarlston şəhərinin şimalında yerləşən Moultri və Merion gölləri ətrafında cəmlənib.

Qırıcının dəyəri 100 milyon dollardır. BBC qeyd edir ki, o, düşmən radarı tərəfindən aşkar edilmədən işləmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Çarlston Hərbi Hava Qüvvələri bazası sentyabrın 18-i axşam məlumat verib ki, onlar yer və hava vasitələrindən istifadə etməklə axtarışları davam etdirirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->