Dünya 11:51 20.06.2022

ABŞ-ın Ukraynaya müasir dron satışı dayandırıldı

Bayden administrasiyasının Ukraynaya dörd böyük, silahlana bilən pilotsuz uçuş aparatı satmaq planı onun mürəkkəb müşahidə avadanlıqlarının düşmən əlinə keçəcəyi qorxusu ilə dayandırılıb.

Qaynarinfo "Reuters” xəbər agentliyinin adının çəkilməsini istəməyən mənbələrinin məlumatına əsasən xəbər verir ki, satışa texniki etiraz Pentaqonun yüksək dəyərli texnologiyanı düşməndən qorumaq vəzifəsi daşıyan Müdafiə Texnologiyaları Təhlükəsizliyi İdarəsinin daha dərin araşdırmasından sonra edilib. 

Bundan əvvəl Ağ Ev tərəfindən dronların satışının təsdiqləndiyi bildirilirdi. 

Ukraynaya satılması gözlənilən dronlar "Hellfire” raketləri ilə silahlana bilən dörd MQ-1C "Grey Eagle” pilotsuz təyyarələridir. 

Pilotsuz təyyarələrin ixracına etirazlar, təyyarələrdəki radar və müşahidə avadanlıqlarının Rusiyanın əlinə keçəcəyi təqdirdə ABŞ üçün təhlükəsizlik riski yarada biləcəyi ilə bağlıdır. 

Ordunun büdcə sənədlərinə görə, "Boz qartal” adlanan dronun hər biri 10 milyon dollara başa gəlir.

Nurlan