Xəbər lenti

ABŞ qəfildən üzünü Qarabağa tutur: Sülhməramlıları çıxarmaq ssenarisi...
Siyasət09:19 30.05.2022

ABŞ qəfildən üzünü Qarabağa tutur: Sülhməramlıları çıxarmaq ssenarisi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqton dövlət sərhədinin müəyyən edilməsində Bakı və İrəvana kompromis əldə etməyə kömək göstərmək arzusunu bildirib. Maraqlı odur ki, nə üçün Amerika qəfildən regiondakı vəziyyətdən narahat oldu və vasitəçilik xidmətlərini təklif etdi?
Məlumdur ki, bu il fevralın 24-dən sonra Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi fonunda Zaqafqaziya regionu Amerikanın xarici siyasətində strateji əhəmiyyət kəsb etməyə başlayıb. Fakt budur ki, ABŞ hakimiyyəti Rusiyanı postsovet məkanından, ilk növbədə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq siyasətini gücləndirib. Çünki onun Şimali Qafqaza yaxınlığı Rusiyanın həyati maraqlarında əsas rol oynayır. Bu vəziyyətdə Vaşinqton Cənubi Qafqazda Moskvanı tamamilə zəiflətmək üçün bütün gücünü və potensialını ortaya qoymaqdadır. ABŞ Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ssenarisini həyata keçirməyə can atır, çünki Rusiyanın münaqişə zonasında hərbi mövcudluğu onun bütün regionda mövqelərini gücləndirir.
Ağ Evin Ermənistan-Türkiyə münasibətlərinin tezliklə qurulmasında maraqlı olması da bununla izah olunur. Vaşinqtonun məqsədi Rusiyanın bölgədəki mövqeyini zəiflədərək, nəhayət, Rusiya hərbi bazasını Ermənistandan çıxarmaqdır. Belə ki, Rusiya regionda dominant qüvvə olduğu üçün Amerika proqramlarının həyata keçirilməsinin nə dərəcədə mümkün olacağını söyləmək çətindir.
Təbii ki, Rusiya da öz maraqlarını həyata keçirmək və yaymaq üçün vasitəçilik təşəbbüsləri təklif edir ki, bu da hazırda Ermənistanda idarə olunan xaosun nəzarətdə saxlanması fonunda davam edir. Bu da məlumdur ki, Moskvanın bu günə qədər münaqişələrin həlli ilə bağlı, demək olar ki, bütün təşəbbüsləri münaqişələrdə iştirak edən tərəflər üçün ağır nəticələnib. Üstəlik də Rusiya Cənubi Qafqazda gedən mürəkkəb proseslərdə münaqişə tərəflərinin maraqlarına deyil, yalnız öz maraqlarına üstünlük verir. 
İllərdir ki, münaqişənin danışıqlar prosesi Rusiyanın təsirindən asılıdır və bu, davam edərsə, İrəvan və Bakı daha da ehtiyatlı olmalıdır. Çünki Moskvanın mövqeyi anlaşılmayandır və ağlabatan deyil. Və xatırlamalıyıq ki, hazırda Ermənistanda baş verən daxili siyasi proseslərdə Moskva zəiflik nümayiş etdirərək, öz qapılarını xaosa, kədərə və bəlaya açıb. 
Telman