Xəbər lenti

ABŞ-Rusiya diplomatik əlaqələri tam kəsilərsə, siyasi mənzərə necə olacaq?
Siyasət08:42 06.06.2022

ABŞ-Rusiya diplomatik əlaqələri tam kəsilərsə, siyasi mənzərə necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Deyəsən, artıq ABŞ-la Rusiya diplomatik əlaqələri tam kəsmək yolunu tutub. ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bildirib ki, Ağ Ev Moskvadakı, Rusiya isə Vaşinqtondakı səfirliyini bağlaya bilər. 
Bununla belə səfir əlavə edib ki, "bu, böyük səhv olardı”. 
Sallivanın sözlərinə görə, Vaşinqton belə bir addım atmaq istəmir və ABŞ administrasiyasında da çətin ki, səfirliklərin bağlanmasını istəyənlər olsun. O, ABŞ-ın Rusiyadakı diplomatik missiyasını bağlamasının yeganə səbəbinin təhlükəsizlik problemi ola biləcəyini irəli sürüb. 
Bütün hallarda, səfirin açıqlaması onu deməyə əsas verir ki, Vaşinqtonla Moskva artıq bütün körpüləri tam olaraq yandırıblar. 
Əlaqələr tam kəsilərsə, siyasi mənzərə necə olacaq? 
Məsələ ətrafında Qaynarinfo-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, səfirliklərin bağlanması ABŞ-la Rusiya arasında qarşıdurmanın daha da kəskinləşəcəyindən xəbər verir:
"Bu yaxşı siqnal deyil. Münasibətlərin daha böhranlı vəziyyətə düşməsi dünya üçün heç də yaxşı xəbər deyil. Onun baş verməsi fonunda qarşıdurma daha yüksək səviyyəyə çatacaq. Bununla belə, əminəm ki, indiki şəraitdə tərəflərin təcili əlaqələ saxlamaları üçün başqa bir neçə kanallar da var. Çünki münasibətlər nə qədər kəskin olsa da, əlaqə kanallarının saxlanılması vacibdir. Səfirliklərin bağlanması onu göstərir ki, artıq siyasi, ictimai, humanitar münasibətlər tam olaraq dondurulacaq. Bəlkə də buna görə belə qərarın verilməsi məsələsi gündəmə gəlib”.
Rüfət Sultan