Xəbər lenti

ABŞ Suriyada Əfqanıstan senarisinin təkrarlanmasından ehtiyat edir
Dünya 12:46 28.12.2024

ABŞ Suriyada Əfqanıstan senarisinin təkrarlanmasından ehtiyat edir

Birləşmiş Ştatlar Əfqanıstan senarisinin Suriyada təkrarlanmasından qorxur və oxşar vəziyyətin qarşısını almaq istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” qəzeti yazır.  

«ABŞ rəsmiləri hazırda Suriyanı idarə edən müxalif qruplaşma ilə qarşılıqlı əlaqədə olarkən, ABŞ-ın xarici siyasətində baş vermiş və təsirləri hələ də hiss edilən ağrılı bir epizodu – Talibanın Əfqanıstanı ələ keçirməsini xatırlayırlar», – məqalədə deyilir.  

NYT-nin məlumatına görə, ötən həftə üç amerikalı nümayəndə Dəməşqdə radikal «Heyət Təhrir əş-Şam» qruplaşmasının liderləri ilə görüşüb. Danışıqlar zamanı ABŞ nümayəndələri qruplaşmanı «ölkəni inklüziv və mülayim şəkildə idarə etməyə» inandırmaq istəyiblər, deyə jurnalistlər əlavə edirlər.  

Rəsmilər qeyd edirlər ki, bu addımla ABŞ hakimiyyəti Suriyada zorakılığın və xaosun qarşısını almaq niyyətindədir. Onlar bunun Yaxın Şərqdə vəziyyəti daha da sabitsizləşdirəcəyindən və anti-Amerika meyilli terror qruplaşmalarının güclənməsinə səbəb olacağından narahatdırlar.  

Bundan əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu ABŞ Prezidenti Co Baydenin rəhbərliyinin və Britaniya rəhbərliyinin Suriya Prezidenti Bəşər Əsədi devirdikdən sonra ərəb respublikasında vəziyyətin stabilləşməsinə mane olmaq istədiyini bildirmişdi. RF Xarici Kəşfiyyatının məlumatına görə, Vaşinqton və London Yaxın Şərqdə xaos vəziyyətini dəstəkləməyi strateji məqsəd kimi görürlər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->