Xəbər lenti

ABŞ Ukraynaya 325 milyon dollar dəyərində silah verəcək
Dünya 10:00 22.09.2023

ABŞ Ukraynaya 325 milyon dollar dəyərində silah verəcək

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Ukrayna Pentaqonun anbarından 128 milyon dollar dəyərində Amerika silah və texnikası alacaq. Daha 197 milyon dollarlıq tədarük isə əvvəllər ayrılmış paketlərdən Müdafiə Nazirliyi tərəfindən təmin ediləcək.

Qaynarinfo Dövlət Departamentinin press-relizinə istinadən xəbər verir ki, yeni hərbi paketə hava hücumundan müdafiə və artilleriya üçün əlavə döyüş sursatları, həmçinin tank əleyhinə silahlar daxildir. Bundan əlavə, Ukrayna kasetli sursatlar alacaq.

"Biz Ukrayna ilə həmrəy olacağıq, çünki o, öz gələcəyini – xalqının Avropa ilə tam inteqrasiya olunmuş sabit və firavan demokratiyada təhlükəsiz yaşayacağı gələcəyi təmin edəcək”, - deyə Blinken bildirib. 
 
CNN yazır ki, Blinken bunu Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşdə deyib.

Xatırladaq ki, dünən, sentyabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ilin fevralından bəri ikinci səfəri üçün Vaşinqtona gəlib. O, Konqres üzvləri ilə görüşüb, həmçinin Pentaqona baş çəkib, burada hərbi ehtiyacları müzakirə edib və daha sonra prezident Co Baydenlə görüşüb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->