ABŞ prezidenti Donald Tramp ölkəsini UNESCO-dan çıxarmaq qərarına gəlib.
Qaynarinfo "The New York Post"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.
Rəsmi şəxsin sözlərinə görə, Tramp bu qərarı ona görə verib ki, UNESCO "sağlam siyasi tədbirlərə tamamilə zidd olan bölücü mədəni və sosial məqsədləri" dəstəkləyir.
Nəşr xatırladır ki, fevralda Ağ Evin rəhbəri ABŞ-ın UNESCO-da mövcudluğunun qiymətləndirilməsi barədə göstəriş verib.
Kelli əlavə edib ki, Tramp administrasiyasının rəsmiləri UNESCO-nun "müxtəliflik, bərabərlik və inklüzivliyi” (DEI) təşviq etmək, eləcə də Fələstin və Çin tərəfdarı oriyentasiyasını təşviq etmək tədbirlərinə etiraz ediblər.
May ayında Tramp 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT agentliklərinə, o cümlədən ÜST, UNESCO və təşkilatın müntəzəm büdcəsinə könüllü töhfələrin dayandırılmasını təklif edib. Trampın qərarını şərh edən BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın maliyyəni kəsməsindən sonra təşkilatın dağılmayacağını bildirib.
Aydın
Şərhlər