Xəbər lenti

ABŞ və Rusiya diplomatik əlaqələri tam kəsilə bilər - ABŞ səfiri
Siyasət06:13 06.06.2022

ABŞ və Rusiya diplomatik əlaqələri tam kəsilə bilər - ABŞ səfiri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Moskvadakı, Rusiya isə Vaşinqtondakı səfirliyini bağlaya bilər.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan TASS-a müsahibəsində deyib. Lakin o, əlavə edib ki, "bu, böyük səhv olardı”.
Sallivanın sözlərinə görə, Vaşinqton belə bir addım atmaq istəmir və ABŞ administrasiyasında da şətin ki, səfirliklərin bağlanmasını istəyənlər olsun. O, ABŞ-ın Rusiyadakı diplomatik missiyasını bağlamasının yeganə səbəbinin təhlükəsizlik problemi ola biləcəyini irəli sürüb.
Xatırladaq ki, bundan əvvəl səfir səfirliklərin saxlanmasını ikitərəfli təmasların davam etdirilməsi üçün "zəruri minimum”un bir hissəsi adlandırmış və Moskvanın Vaşinqtonla əlaqələrinin tamamilə kəsilməsini istisna etmişdi.
Alpər