Xəbər lenti

Abbas Abbasovun oğlu atasına sui-qəsddən danışdı
Siyasət11:05 06.07.2013

Abbas Abbasovun oğlu atasına sui-qəsddən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın baş nazirinin keçmiş I müavini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) Ağsaqqallar Şurasının sədri, “Milyarderlər ittifaqı”nın üzvü Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov virtualaz.org saytına açıqlamasında atasına qarşı Moskvada həyata keçirilmiş sui-qəsd cəhdindən danışıb.

Aydın Abbasov bu barədə yayılan xəbərləri təkzib edib.

“Bu informasiya həqiqətəuyğun deyil. Bəzi kütləvi informasiya vasitələri ictimaiyyətin diqqətini özlərinə cəlb etmək üçün belə yalan informasiyalar yayırlar. Bu xəbəri şərh etməyin özü belə mənə gülməli gəlir” - deyə Aydın Abbasov vurğulayıb.
 
Deputat Aydın Abbasov MDB-nin bəzi biznes dairələrinin nümayəndələri ilə mümkün toqquşmalardan qorunmaq üçün atasının öz mühafizəsini gücləndirməsi barədəki xəbərləri də əsassız adlandırıb və təkzib edib.

*   *   *

Azərbaycan baş nazirinin keçmiş birinci müavini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasının sədri, “Milyarderlər İttifaqı”nın üzvü Abbas Abbasova qarşı Moskvada sui-qəsd cəhdi olub. Etibarlı qaynaqdan “Bizim Yol”a daxil olan məlumata görə, xüsusi qorunma altında olan, gücləndirilmiş mühafizə xidməti ilə dolaşan A.Abbasovu zəhələmək istəyiblər. Sui-qəsd cəhdinin A.Abbasovun Rusiya və MDB məkanında biznes maraqları toqquşan bəzi dairələr tərəfindən həyata keçirildiyi bildirilir.
 
Məlumata görə, tez-tez xaricdə səfərlərdə olan A.Abbasov prezident səviyyəsində mühafizə olunur, ünsiyyətdə olacağı bütün şəxslər öncədən araşdırılır, xüsusi yoxlamadan keçirilir, səfərlərinin dəqiq qrafiki tərtib olunur və bu qrafik ən yaxın çevrəsindən başqa kimsəyə açıqlanmır, hətta, yeməkləri və digər gündəlik istifadə vasitələri ciddi müayinədən keçirilir. Qaynağın bildirdiyinə görə, bu sui-qəsd cəhdindən sonra A.Abbasovun mühafizəsi daha da gücləndirilib və biznes rəqibləri tərəfindən növbəti anoloji cəhdin olacağı da istisna edilmir.

Qaynar.info