Xəbər lenti

Abbas Abbasovun oğlu Rusiyanı dəstəkləyib, Avropaya Hitleri xatırlatdı
Siyasət12:28 13.03.2016

Abbas Abbasovun oğlu Rusiyanı dəstəkləyib, Avropaya Hitleri xatırlatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq deputat, baş nazirin keçmiş müavini Aydın Abbasov Avropanın Rusiyaya qarşı siyasətini yenidən gözdən keçirməsinin vacibliyini vurğulayıb. Uzun müddət Azərbaycanı AŞ PA-da təmsil edən sabiq deputat Avropa-Rusiya münasibətləri ilə bağlı Rusiyanın beynəlxalq “Sputnik” Agentliyinə verdiyi açıqlamalarda Avropanı sərt şəkildə qınayıb.  
Abbasov bildirib ki, Avropa Rusiyanı yetərincə dəyərləndirmir: “Rusiya və Avropanın münasibətlərinin tarixi çox zəngindir. 18-ci əsrdə rus çarı I Pyotrun Avropa ailəsinə üzv olmaq üçün həyata keçirdiyi işləri, dəyişiklikləri unutmamaq lazımdır. Avropanı Napoleon və Hitler kimi bəlalardan Rusiya qurtarıb. Təəssüf ki, bu gün Rusiya ilə Avropa arasında soyuq münasibətlər yaşanır. Burada bəlkə də əsas səbəb Ukrayna hadisələridir. Bu gün ki Rusiya keçmiş SSRİ-dən çox fərqlidir. Amma Avropa hələ də həmin dövrün “soyuq müharibəsi”nin məntiqi ilə davranır, hərəkət edir. Bunun  AŞ PA toplantılarında şahidi oldum. Məncə, Rusiyaya qarşı sərt təzyiqlərin faizi azaldılmalıdır. Nə yazıq ki, Avropa Rusiyanı hələ də lazımınca dəyərləndirmir”.
Sabiq deputat Azərbaycanın AŞ PA-da əksər müzakirələrdə Rusiyanı dəstəklədiyinə də işarə edib: “Ötən il Azərbaycan heyəti AŞ PA-da Rusiyanın təcrid edilməsinə qarşı çıxdı və Moskvanın mövqeyini dəstəklədi. Bunun səbəbləri var. Öncəliklə Rusiyanı “hücum edən ölkə” olaraq ittiham edənlər AŞ PA-nın üzvü olan ölkələrin qonşularına yönəlik hücumlarına göz yummamalıdırlar. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 4 qərar çıxarılıb. Burada Avropanın Rusiyaya qarşı ikili siyasət apardığını görürük. Ayrıca, Azərbaycan deputatlarından ibarət heyət AŞ PA-da Rusiya olmadan qurumun fəaliyyətinin təsirli və müsbət olmayacağını dəfələrlə bildirdi. Biz bunları sürətli orada dilə gətirdik. Əslində bunlar Azərbaycan prezidenti cənab İlham Əliyevin doğru siyasətinin nəticəsidir”.
Baş nazirin keçmiş müavinin oğlu Rusiya-Türkiyə münasibətlərinin düzələcəyinə də işarə vurub: “Rusiya ilə Türkiyə iki qonşu ölkədir. Avrasiyanın ən önəmli iki ölkəsidir. Münasibətlərinin düzələcəyinə inanıram. Kimsə bu gərginliyi gözləmirdi. AŞ PA-da daha öncə türk deputatları  Rusiyanı dəstəklədi. Münasibətlərin bu şəkildə gərginləşməsi hər iki ölkənin xeyrinə deyil. Türkiyə və Rusiya bir-birindən vazkeçməzdir. Qarşıdurma və gərginlik ailə içərisində də olur”.(musavat.com)
Qaynar.info