Xəbər lenti

Abbas: “Bunu Röya məndən öncə etdi”
Maqazin10:37 04.06.2016

Abbas: “Bunu Röya məndən öncə etdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sonuncu dəfə Zamiq Hüseynovla olan qalmaqalı ilə gündəmə gələn əməkdar artist Abbas Bağırov bu il konsert verməyi planlaşdırır. 

Qaynarinfo.az xəbər verir ki, çoxdandır hazırlamaq istədiyi albomu, nəhayət ki, ərsəyə gətirən Bağırov  iyulun 20-də yeni albomunu təqdim edəcək. Müğənni albom təqdimatından sonra fərqli janrda konsert verməyə hazırlaşdığını açıqladı:

“Tamaşaçı konsertə gələndə fərqli bir şou gözləyir. Mən isə bu dəfə tamaşaçılarıma tam fərqli bir musiqi təqdim edəcəm. Bu günə qədər oxuduğum mahnıları akustik janrda ifa edəcəm. Bir sözlə akustik janrda bir konsert olacaq. Bunu məndən öncə Röya edib və çox bəyənmişdim. Röyadan fərqli olaraq konsertimi  çox böyük zallarda planlaşdırmıram. Lakin 8-9 il öncə Leonid Aqutinin konsertini izləmişdim və düşünmüşdüm ki, mən də bu janrda konsert verməliyəm”.

Qaynarinfo.az