Xəbər lenti

Abdulatipov Dağıstan prezidenti vəzifəsinə təsdiqləndi
Siyasət05:42 09.09.2013

Abdulatipov Dağıstan prezidenti vəzifəsinə təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağıstan parlamenti Ramazan Abdulatipovu respublika prezidenti vəzifəsinə təsdiq edib.

APA-nın xəbərinə görə, bu ilin yanvarından respublika prezidenti səlahiyyətlərini icra edən R.Abdulatipova Dağıstan Xalq Məclisinin 88 deputatından 86-sı səs verib.

Səsvermədən dərhal sonra Dağıstan prezidenti hökumət başçısı səlahiyyətlərini icra edən vəzifəsinə Abdusamad Həmidovun təsdiqlənməsini təklif edib. Dağıstan parlamenti təklifi dəstəkləyib.

Qaynar.info