Xəbər lenti

Abdulla Gül İlham Əliyevə zəng edib
Siyasət13:00 26.08.2014

Abdulla Gül İlham Əliyevə zəng edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 26-da Türkiyənin XI prezidenti Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Abdulla Gül prezidentlik fəaliyyəti dövründə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, bu əlaqələrin inkişafında Azərbaycan prezidenti İlham Əliyevlə olan şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb.

Xoş sözlərə görə Abdulla Gülə minnətdarlığını bildirən İlham Əliyev Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin möhkəmləndirilməsində Abdulla Gülün xidmətlərini xüsusi vurğulayıb, iki ölkə arasında ikitərəfli əlaqələrin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qaynar.info