Xəbər lenti

Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı: Hər gün işə çıxır...
Ölkə10:41 22.11.2018

Abel Məhərrəmov BDU-da keçmiş işinə başladı: Hər gün işə çıxır...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
Qaynarinfo xəbər verir ki, unikal.org-a Abel Məhərrəmovla bağlı maraqlı məlumat daxil olub. Belə ki, rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.
Məsələ ilə bağlı unikal.org-a açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.