Xəbər lenti

Abituriyentlərə vacib xəbər
Ölkə06:41 29.03.2018

Abituriyentlərə vacib xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən Azərbaycanda 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu başlayır. 
Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, əizə qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.
Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.
İkinci imtahan I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək.
V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.