Xəbər lenti

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
Ekonomiks10:18 29.08.2026

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mərkəzi Bankın (AMB) baş direktoru Vüqar Əhmədov vəzifəsindən ayrılıb.

Qaynarinfo xəbər verir ki, APA-nın AMB-dən əldə etdiyi məlumata görə, Vüqar Əhmədov avqustun 28-dən öz ərizəsi ilə işdən ayrılıb.

Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 10-dan 9-a enib.

Qeyd edək ki, Vüqar Əhmədov 2009-cü ildən AMB-də çalışıb. Əvvəlcə Mərkəzi Bankın Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib. 2017-ci ilin dekabr ayından isə Mərkəzi Bankın baş direktoru vəzifəsinə çalışıb.