Xəbər lenti

Abramoviç milyardlarını görün necə qoruyub - Müharibədən əvvəl...
Dünya 10:55 08.01.2023

Abramoviç milyardlarını görün necə qoruyub - Müharibədən əvvəl...

Rusiyalı milyarder Roman Abramoviçin Ukraynaya qarşı hərbi əməliyyatın başladılmasına bir neçə həftə qalmış övladlarının hesabına 4 milyard dollar vəsait köçürdüyü ortaya çıxıb.

Bu barədə "The Guardian” nəşri əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, 2022-ci ilin əvvəlində Abramoviç Kipr və Cersidə ən azı 10 trestin yeganə benefisiarı olub. Lakin fevralın 4-də trestlərə düzəlişlər edilməyə başlanıb. Nəticədə Abramoviçin payı azaldılıb və ya ləğv edilib. Həmçinin, eyni anda onun yeddi övladının payı bəzi hallarda 100%-ə qədər yüksəlib.

Nəşr yazır ki, bu, milyarderin həbsini və aktivlərinin müsadirəsini xeyli çətinləşdirə bilər. Belə ki, 2022-ci ilin dekabrında Kanada hakimiyyəti Abramoviçlə əlaqəsi olan Virciniya adalarında qeydiyyatdan keçmiş "Granite Capital Holdings Ltd.” şirkətindən 26 milyon dolların müsadirə edilməsi prosesinə başlayacaqlarını açıqlayıb. Ancaq Ukraynada münaqişə başlamazdan əvvəl Abramoviç şirkətə sahib olan "HF Trust"ın benefisiarı olmağı dayandırıb və yerini onun övladları tutub.

Eyni zamanda, uşaqlara Rusiya şirkətlərindən paylar, "Eclipse" superyaxtası və Londonda 107 milyon dollarlıq malikanə kimi fiziki aktivlər də verilib.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı 2022-ci ilin martında Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Milyarder bu qərarın ləğvi üçün məhkəməyə müraciət edib.//axsam.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->