Xəbər lenti

Dünya 15:33 09.04.2024

Abramoviç sanksiyalara görə yenidən Aİ-ni məhkəməyə vermək qərarına gəlib

Rusiyalı milyarder Roman Abramoviç Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzündən sonra Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyalardan yenidən şikayət edəcək.

Bu barədə Qaynarinfo "Euronews”a istinadən xəbər verir.

Abramoviç Rusiya prezidenti Vladimir Putinlə əlaqələrini inkar edir və aşağı instansiya məhkəmələrinin onun şikayətlərinə düzgün baxmadığını əsas gətirərək Aİ məhkəməsinə müraciət edib.

Öz növbəsində Avropa Komissiyası Aİ-nin qərarının qanuni və əsaslı olduğunu bəyan edib. "Roman Abramoviç prezident Vladimir Putinlə çoxdankı və yaxın əlaqələri olan Rusiyanın aparıcı iş adamlarından biridir", - Aİ sözçüsü dekabrda deyib.

Keçən ilin sonunda Lüksemburqdakı Avropa Məhkəməsi Abramoviçə qarşı Aİ sanksiyalarını qanuni sayıb.

"Baş Məhkəmə cənab Abramoviçin qaldırdığı iddianı rədd edir və bununla da ona qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri təsdiqləyir”, - məhkəmənin qərarında deyilir.

Forbes jurnalına görə 9,2 milyard dollarlıq sərvətlə Rusiyanın ən zəngin 20 ən varlı adamından biri olan Abramoviç 2022-ci ilin mayında Aİ Şurasına qarşı Avropa ümumi yurisdiksiya məhkəməsinə iddia qaldıraraq, məhdudlaşdırıcı tədbirlərin ləğvini tələb edib və Rusiyada 20 ildən artıq bir iş adamı kimi fəaliyyət göstərmədiyini təkid edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->