
"Kimin seçilməsindən asılı olmayaraq, qalib tərəf məğlub tərəfin böyük elektorata malik olmasının fərqinə varmalı və gələcək siyasətdə onların maraqlarını da nəzərə almalıdır”.
BunuQaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat Amerikada keçirilən seçkilərin bu gün dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb:
"Çünki ABŞ-ın dünya siyasətində yeri kifayət qədər böyükdür və onun təsir imkanları var. ABŞ-da keçirilən seçkilər vətəndaşların iki tanınmış siyasətçisi arasında seçim etməkdə çox çətinlik çəkdiyini göstərir. Prezident seçkisinin mahiyyəti ondan ibarətdir ki, hətta bir səs belə çox alan qalib elan olunur. Ancaq bununla belə, Amerika cəmiyyətinin iki hissədən ibarət olduğunu görürük”.
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan üçün kimin qalib gələcəyinin elə də əhəmiyyəti yoxdur:
"Təki Amerika seçicisinin maraqları təmin olunsun. Biz qalib gələn tərəfə uğurlar arzulayırıq. ABŞ-ın bundan sonra da beynəlxalq birlikdə aparıcı söz sahibi olacağına ümid edirik”.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib.
Bahar Rüstəmli