“Ferrari”, “Lamborghini” və “Porsche” kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı.
Qaynarinfo xəbər verir ki, “Supercar Blondie” bunun səbəbini açıqlayıb.
ABŞ-a ixrac edilən avtomobillər ölkənin qanunvericiliyinə uyğun gəlməsi üçün tez-tez modifikasiya edilirdi. Müasir dövrdə avtomobil istehsalçıları modelləri müxtəlif bazarlara asanlıqla uyğunlaşdırmaq üçün əvvəlcədən layihələndirirlər.
İdxal avtomobillərinin Şimali Amerika bazarı üçün dizaynında əsaslı dəyişikliklərin başlanğıcı 1970-ci illərdə qəbul edilən qanunla bağlıdır. Həmin dövrdə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) 215 saylı Federal Avtomobil Təhlükəsizliyi Standartını qəbul edib.
Bu standarta əsasən, 1972-ci ilin sentyabrından sonra istehsal edilən avtomobillər sabit maneəyə qarşı saatda 5 mil (8 km/saat) sürətlə öndən və saatda 2,5 mil (4 km/saat) sürətlə arxadan toqquşmaya ciddi zərər görmədən tab gətirməli idi.
Bir il sonra tələblər sərtləşdirildi: avtomobillərin hər iki istiqamətdə saatda 5 mil (8 km/saat) sürətlə toqquşmaya davam gətirməsi tələb olunurdu. On il sonra isə avtomobil istehsalçılarının təzyiqi nəticəsində NHTSA sürət tələblərini iki dəfə azaltdı.
Lakin həmin vaxta qədər bir çox avtomobil artıq yeni tələblərə uyğunlaşdırılmışdı. Məsələn, əfsanəvi “Mercedes-Benz SL”, “Jaguar E-Type” və “Lamborghini Countach” kimi avtomobillərdə yeni plastik bamperlərdən istifadə edilməyə başlandı.

"Lamborghini Countach" dünyanın bir çox ölkəsində belə görünürdü

ABŞ bazarı üçün nəzərdə tutulmuş "Lamborghini Countach" belə görünürdü
Kütləvi bamperlərin quraşdırılması avtomobillərin xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişirdi. Həmin dövrdə Avropada qüvvədə olan normalar o qədər də sərt olmadığından, bir çox avropalı istehsalçı bamperlərin dizayna inteqrasiyası məsələsində çətinlik çəkirdi.
Nəticədə bir çox Avropa avtomobili ABŞ-a daha bucaqlı bamperlərlə göndərilirdi. Yapon istehsalçıları isə bamperləri öz modellərinin dizaynına inteqrasiya etməkdə daha uğurlu idilər.
Aydın
Şərhlər