Xəbər lenti

ABŞ-da prezident seçkisindən sonra nə dəyişəcək? - Politoloq
Siyasət07:40 03.11.2020

ABŞ-da prezident seçkisindən sonra nə dəyişəcək? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Amerikada prezident seçkiləri hələ ki, qeyri-müəyyəndir. Nəticələr haqqında bəri başdan nəsə fikir demək çətindir".

BunuQaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Amerikada keçirilən prezident seçkilərindən danışarkən deyib. Onun fikrincə, namizədlərin şansları təxminən bərabərdir:

"Bu səbəbdən də nəsə söyləmək çətindir. Mənə elə gəlir ki, Azərbaycan üçün heç nə dəyişməyəcək. Artıq Amerika Azərbaycanın işinə qarışmayacaq, bəyanatlarla kifayətlənəcək. Amerika bəyan edir ki, yorulduq, getsinlər problemlərini özləri həll etsinlər. Bir-birlərini harda qırırlar-qırsınlar, bizlik deyil, qarışmırıq. Bu saat Amerikada bizə qarşı belə bir ovqat var".

Hikmət Hacızadə bu seçkidən sonra böyük dəyişikliklərin gözlənilmədiyini də qeyd edib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da növbəti prezident seçkisi keçirilir. Seçkidə əsas mübarizə Respublikaçılar Partiyasının namizədi, indiki prezident Donald Trampla Demokratlar Partiyasının nümayəndəsi, keçmiş vitse-prezident Cozef Bayden arasında gedir.

Bahar Rüstəmli