Xəbər lenti

ABŞ-dan 666 milyard dollar büdcə kəsri
Ekonomiks17:11 14.11.2017

ABŞ-dan 666 milyard dollar büdcə kəsri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın 2017-ci il ərzində büdcə kəsrinin 666 milyard dollara çatması barədə məlumat yayılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ maliyyə nazirliyinin hesabatına görə, 1 oktyabr 2016-cı ildən 30 sentyabr 2017-ci ilə qədər 666 milyard dollar büdcə kəsri qeydə alınıb. Kəsrin miqdarı 14% artıb, əvvəlki il bu rəqəm 586 milyard dollar idi. 
Təkcə oktyabr ayında büdcə kəsri 63,2 milyard dollar olub. Ötən ilin eyni ayı ilə müqayisədə bu miqdar 37,9% artıb. Buna səbəb dövlət xərclərinin 299 milyard dollara yüksəlməsi, gəlirlərin 235 milyard dollar olmasıdır. 
Qeyd edək ki, son bir il ABŞ-ın son 64 ildəki ən pis maliyyə dövrü hesab edilir.
Gülşən
Qaynarinfo.Az