Xəbər lenti

ABŞ-dan vətəndaşlarına çağırış: Qərbi Zəngəzura səfər etməyin
Siyasət07:11 21.11.2021

ABŞ-dan vətəndaşlarına çağırış: Qərbi Zəngəzura səfər etməyin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ səfirliyi ölkəsinin vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədinə (Qərbi Zəngəzur) səfər etməməyə çağırıb.
Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, ABŞ-ın bu ölkədəki səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb.
Qeyd edilib ki, M2 və M17 avtomagistrallarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi barədə məlumatlar daxil olur: "Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır”.
Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.