Xəbər lenti

ABŞ-dan yeni hücum xəbərdarlığı
Ölkə06:33 11.04.2017

ABŞ-dan yeni hücum xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əgər kimyəvi silah və çəllək bombasından istifadə edilsə..."

ABŞ Suriya ilə bağlı növbəti qorxulu açıqlama verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ağ ev yenidən Suriyaya hücum edə biləcəyini gizlətməyib. 

Ağ evin sözçüsü Şon Spayser yenidən kimyəvi silahlı hücum olarsa bu halın yaşana biləcəyini qeyd edib. "Əgər körpələrə, mülki insanlara qarşı kimyəvi silah, çəllək bombasından istifadə edilərsə buna prezident Trampdan bir cavab alacaqsınız.

ABŞ-ın Yaxın Şərqdəki bir nömrəli hədəfi İŞİD-dır. Ancaq Bəşər Əsədin rəhbərliyi altında rifah içərisində və təhlükəsiz bir Suriya xəyal edə bilmirik". 

Xatırladaq ki, Pentaqon Aralıq dənizindəki savaş gəmilərindən "Al-Şayrat" bazasına 59 "Tomahawk Cruise" raketi atıb. Hücum bir neçə gün öncə gecə saat 04 radələrində olub. Raketlərin qiyməti 84 milyon dollar qiymətləndirilir. 

D.Tramp bu barədə əmri şəxsən özünün verdiyini və İdlibdəki kimyəvi silahdan istifadəyə cavab olaraq atdıqlarını da gizlətməyib. "Bu barbar hücumda bir çox insan, o cümlədən körpələr yavaş-yavaş, vəhşicəsinə öldürüldü. Əsəd yardıma möhtac olan insanların canına qıydı. Bu gecə kimyəvi hücumun həyata keçrildiyi bir bazaya hücum əmri verdim. Bütün mədəni ölkələri Suriyadakı qətliamı dayandırmaq üçün ABŞ-a qatılmağa dəvət edirəm".

Qaynar.Az