
ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ problemini müzakirə etmək üçün Moskvaya gələcək.
Qaynarinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Con Kirbi məlumat verib:
"14 iyul axşamı Kerri Moskvaya yola düşəcək və orada Rusiyanın hökumət təmsilçilərilə Dağlıq Qarabağ, Suriya və Ukrayna məsələri ilə bağlı görüşlər keçirəcək".
Rusiya XİN-i xəbəri təsdiqləyib. Bildirilib ki, Kerrinin səfəri 14-15 iyulda baş tutacaq.
Qaynarinfo.az