Xəbər lenti

ABŞ Dövlət katibinin köməkçisi Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdü
Siyasət14:32 08.06.2021

ABŞ Dövlət katibinin köməkçisi Bakıda vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Reeker bəzi vətəndaş cəmiyəti nümayəndələri ilə görüşüb. 
Qaynarinfo xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova öz "Facebook" səhifəsində paylaşım edib:
"Bu gün vətəndaş cəmiyyətinin nümayəndələri Rəsul Cəfarov və Anar Məmmədli ilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Reekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Maraqlı müzakirə üçün dostlara və nümayəndə heyətinə təşəkkür edirəm".