Xəbər lenti

ABŞ Əliyevlə Sarkisian-ı görüşməyə çağırdı
Ölkə15:44 02.08.2014

ABŞ Əliyevlə Sarkisian-ı görüşməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ cəbhə bölgəsində zorakılığın artmasından narahatlığını bildirib. 

Bu barədə ABŞ-ın Dövlət Departamenti bəyanat yayıb:

«Həlak olanların, yaralıların ailələrinin dərdinə şərikik, biz tərəfləri yubanmadan gərginliyi azaltmalı və atəşkəs rejiminə əməl etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli mümkün deyil. Cavab atəşləri və sonrakı zorakılıqlar sülh danışıqlarını daha da çətinləşdirəcək».

Dövlət Departamenti Azərbaycan-Ermənistan prezidentlərini əsas məsələlər istiqamətində dialoqu davam etdirmək üçün ən yaxın zamanda görüşməyə çağırıb:

«Biz həm də tərəfləri ATƏT həmsədrlərinin sülh razılaşmasına kömək edəcək təkliflərini qəbul etməyə çağırırıq».

«ABŞ Minsk Qrupu prosesini dəstəkləyir və davamlı həll yolu üçün səylərə yardım etməyə hazırdır», - deyə Dövlət Departamentinin bəyanatında bildirilir. (azadlıq)

Qaynar.info