Xəbər lenti

ABŞ höküməti Araz Əzimovla razılaşmadı
Siyasət05:49 03.05.2014

ABŞ höküməti Araz Əzimovla razılaşmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən xarici işlər nazirinin müavini Araz Əzimovun ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət açıqlanarkən bildirilib.

Səfirlikdən ABŞ hökumətinin A. Əzimovun fikirləri ilə razılaşmadığı qeyd olunub.

Qeyd edək ki, A. Əzimov müsahibəsində Azərbaycan hökumətinin C. Uorlikin fəaliyyətindən narazılığını dilə gətirmiş, rəsmi Bakının onun həmsədrlikdən geri çağırılması məsələsini qaldıra biləcəyini vurğulamışdı.

Qaynar.info