Xəbər lenti

ABŞ-ın “Citibank”ı Azərbaycan bazarını tərk edir
Ölkə16:47 29.07.2019

ABŞ-ın “Citibank”ı Azərbaycan bazarını tərk edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın "Citibank”ının 2007-ci ildən fəaliyyət göstərən Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanına ("Port Baku Tauers” biznes mərkəzinin cənub qülləsinin 9-cu mərtəbəsi) bildirə bilərlər.
Maraqlıdır ki, bir neçə gün əvvəl sözügedən nümayəndəlik ictimaiyyətə müraciət edərək ona məxsus VÖEN şəhadətnaməsinin, Nizamnamənin və Dövlət reyestrindən çıxarışın itdiyini bəyan bəyan etmişdi.