Xəbər lenti

ABŞ-ın Qarabağ müqaviləsiylə bağlı Rusiyadan tələbinin pərdəarxası (TƏHLİL)
Siyasət13:43 17.11.2020

ABŞ-ın Qarabağ müqaviləsiylə bağlı Rusiyadan tələbinin pərdəarxası (TƏHLİL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Onlar bunu Rusiya sülhməramlılarının səlahiyyətlərinin məhdudlaşdırılması üçün tələb edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev ABŞ və Fransanın Rusiyadan Qarabağ müqaviləsinin təfərrüatları ilə bağlı tələbinə aydınlıq gətirərkən deyib. Politoloq  həqiqətən həmin sazişdə qeyri-adi məlumatların olduğunu bildirib:
"İndi ABŞ və Fransanın Qarabağ müqaviləsinin təfərrüatlarını öyrənmək istəməsinin əsas səbəbi rus sülhməramlılarının mandatı, səlahiyyətləri və imkanlarının nə olub-olmadığını ölçməkdir. Onlar başda Amerika olmaqla Rusiya sülhməramlılarının regionda görünməsini istəmirlər. Elə indi də bunu istəmirlər. Amma Rusiya sülhməramlıları gəlib. Onlar bu məsələni aydınlaşdırmaq istəyirlər. ABŞ və Fransa bilmək istəyir ki, Rusiya sülhməramlılarının səlahiyyəti hara kimi və necə olacaq”.
Fərhad Mehdiyev qeyd edib ki, bütün bunlar Amerikada fəaliyyət göstərən müxtəlif beyin mərkəzlərinin açıqlamalarından sonra başlayıb:
"Onlar Qarabağ məsələsində Amerikanın gecikdiyini, daha da zəiflədiyini və Rusiyanın  regionda gücləndiyini bildirərək şikayətlənməyə başlayıblar. Onlar bildirir ki, Tramp Administrasiyası Amerikanın Qafqazdakı mövqeyini daha da zəiflətdi. İndi də Bayden gəlib, nəzrə alsaq ki, anti-rus mövqeyindədir. Bir də nəzərə almaq lazımdır ki, hər iki dövlət Rusiya ilə birlikdə Minsk Qrupunun həmsədrliyini icra edən dövlətlərdir. Onun üçün bunun aydınlaşdırılmasını istəyirlər”.   
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiya hakimiyyət orqanlarının Dağlıq Qarabağdakı hərbi münaqişəyə son qoymaq üçün üçtərəfli razılaşmanın təfərrüatlarını açıqlayacağını tələb edib. Bu tələbdən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov öz təəccübünü gizlədə bilməyib.
Bahar Rüstəmli