Xəbər lenti

ABŞ konqresmenindən Xocalı faciəsi ilə bağlı bəyanat...
Siyasət19:35 07.03.2014

ABŞ konqresmenindən Xocalı faciəsi ilə bağlı bəyanat...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Konqresmen bu qətliamın miqyasının aparıcı beynəlxalq media qurumlarının hesabatlarında öz əksini tapdığını qeyd edib.

Konqresmen Bil Şuster Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə ABŞ Konqresində bəyanat verib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Qaynar.info-ya verilən məlumata görə, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen B.Şuster Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə bəyanat verib.
Konqresmen Xocalı faciəsinin qurbanlarını yad edib və bu qətliamın miqyasının aparıcı beynəlxalq media qurumlarının hesabatlarında öz əksini tapdığını qeyd edib.
B.Şuster bəyanatında Azərbaycanın ABŞ-ın güclü strateji müttəfiqi olduğunu xüsusi vurğulayıb.
Qaynar.info