Xəbər lenti

ABŞ professorundan şok Azərbaycan məqaləsi
Siyasət10:22 16.08.2013

ABŞ professorundan şok Azərbaycan məqaləsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putinin Bakıya böyük rezonansa səbəb olmuş səfərinin ardınca ABŞ Konqresinin nəşri olan “The Hill” qəzeti Birləşmiş Ştatların Ordu Kollecinin (War College) professoru Stefan Blankın şok Azərbaycan məqaləsini dərc edib.

Məqalədə Rusiyanın Şimali Qafqazdan Azərbaycana terrorçular sızdırmasından, sünni azlığı qızışdırmasından və gizlicə hakimiyyəti zəiflətməyə çalışmasından bəhs edilir:

“Boston marafonu zamanı baş vermiş bomba partlayışları bizə başa saldı ki, Şimali Qafqaz mənşəli terrorun əli çox uzaq məsafələrə uzana və Amerikanı da vura bilər. Bu yaxınlarda baş vermiş, ancaq barəsində çox bəhs edilməyən iki hadisə göstərir ki, bu terror təhlükəsi qonşu ölkələrə, o cümlədən müəyyən dərəcədə Azərbaycana da çata bilər. Mahaçqalada, Dağıstanın paytaxtında qonşu Azərbaycan hökumətinə qarşı bu yaxınlarda nümayiş keçirildi. Orada Azərbaycanın dağıstanlı azlıqlara qarşı pis münasibəti haqda danışılırdı. Dağıstan özü müxtəlif etnik qrupların mozaikasından ibarətdir. Təxminən elə bu vaxtlar yerli qəzetlər xəbər verdi ki, birləşmiş Rusiya-Azərbaycan patrulu Dağıstan sərhədlərində Şimali Qafqaz mənşəli terrorçuara və üsyançılara qarşı reydlər keçirir.

İlk baxışdan bir-biri ilə bağlı olmayan bu xəbərlər daha ciddi təhlükəni gösttərir. Məlum olur ki, Şimali Qafqazda Moskvanın cavab tapa bilmədiyi  terrorizm ABŞ-ın tərəfdaşı və Qərbin maraqlarının dəstəkçisi olan Azərbaycana da yayıla bilər. Azərbaycan artıq İrandan daimi təhdidlərlə üzləşir. İran antihökumət üsyanlarını dəstəkləyir və Azərbaycandakı islamçı qruplara silah ötürür. İran Azərbaycanın qərbmeylli hökumətinə müxalif olduğu üçün şiə terrorçularını qızışdırır. Nəticədə təkcə 2012-ci ildə Azərbaycandakı Qərb və İsrail səfirliklərinə qarşı dörd terror planının üstü açılıb.

İndi biz bunun şahidiyik ki, Moskva bu cür qəsdləri sünni terrorçuların əliylə hazılayır. Əvvəllər Moskvadan idarə olunan Dağıstan KİV-lərində Azərbaycanda etnik azlıqların sıxışdırıldığı haqda məqalələr yer alsa da nümayiş olmamışdı. Lakin Bakıdakı hakimiyyət yaxşı bilir ki, Rusiyanın xüsusi xidmət orqanları Azərbaycandakı etnik azlıqları qızışdırmaq cəhdlərini heç vaxt dayandırmayıb. İndi Rusiya və Azərbaycan hüquq-mühafizə orqanlarının ümumi təhlükəyə qarşı birgə mübarizə apardığı bir vaxtda Rusiya hakimiyyəti Azərbaycandakı milli azlıqları qızışdıraraq hakimiyyəti gizlicə zəiflətməyə çalışır.

Rusiyanın Suriya məsələsində İranla irimiqyaslı əməkdaşlığı kimi bu epizod da nümayiş etdirir ki, Rusiya bir tərəfdən “Əl-Qaidə” mənşəli terrorçuların təhdidi ilə üzləşir, lakin digər tərəfdən Suriya və İran vasitəsilə “Hizbullah” kimi təşkilata dəstək verir, yaxud Azərbaycanda sünni azlıqları qızışdırır. Bu ikitərəfli siyasət Rusiya üçün xarakterikdir. Bir tərəfdən Rusiya terror təhdidi ilə üzləşdiyini deyərək beynəlxalq ictimaiyyətdən dəstək alır, o biri tərəfdən terror alətindən ona sərf etməyən rejimləri zəiflətmək, yaxud yıxmaq üçün istifadə etməyə hazırdır. Azərbaycan belə hökumətlərdən biridir. Onun neft resursları və Avropaya qaz nəqli Rusiyaya rəqabət yaradır. Qərbyönümlü Azərbaycan bununla Rusiyanın Avropadakı Qərb dəyərlərinə zərbə vurmaq səylərini çətinləşdirir. Həmçinin Rusiyanın Xəzər regionunu və onun enerji resurslarını inhisara almaq planlarına mane olur.