Xəbər lenti

ABŞ qoşunları Moldovaya girdi
Ölkə10:43 03.05.2016

ABŞ qoşunları Moldovaya girdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moldovanın ərazisinə ABŞ qoşunları daxil olub.

Ölkə.Az xəbər verir ki, bu gün Rumıniya ərazisindən ABŞ ordusuna məxsus zirehli texnika Moldova ərazisinə daxil olub.

ABŞ ordusunun birlikləri "Dragon Pioneer" adlı ABŞ-Moldova hərbi təlimlərinə qatılacaqlar.

Sərhəddə ABŞ əsgərlərini Moldovaya gəlmələrinə etiraz edən rusiyayönümlülər və bu hadisəyə sevinənlər qarşılayıblar. Tərəfdarlar əllərində gül-çiçək və "Xoş gəlmisiniz!", "Moldova NATO-ya daxil olmalıdır!" şüarları, əleyhdarlar isə "NATO bizə lazım deyil!" şüarları tutublar.

Məlumata görə, Moldovaya ABŞ ordusunun 100 ədəd zirehli texnikası daxil olub.

Qaynarinfo.az