Xəbər lenti

ABŞ rəsmisi STP üzvləri ilə görüşüb
Ölkə10:13 23.11.2016

ABŞ rəsmisi STP üzvləri ilə görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink Sivil Toplum Platformasının (STP) üzvləri - Mehriban Rəhimli və Akif Qurbanovla görüşüb.

STP-dən Qaynarinfo.Az-a verilən məlumata görə, görüşdə STP üzvləri ABŞ diplomatıyla ölkədəki ictimai-siyasi vəziyyət, referendumun nəticələri və gözləntilər, vətəndaş cəmiyyətinin hüquqi və praktik durumu, MHŞT(EITI) Idarə Heyətinin son qərarından doğan nəticələr, siyasi azadlıqlar və siyasi məhbus problemləri, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.

Görüşdə Dövlət Departamentinin nümayəndəsilə yanaşı, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və səfirliyin digər əməkdaşları iştirak edib.

Aydın Mirzə

Qaynarinfo.Az