
Bu gün ABŞ-ın ölkəmizdəki səfiri cənab Robert Sekuta və səfirliyin Siyasi İşlər üzrə Müşaviri xanım Susan Chesly ilə Respublikaçı Alternativ Hərəkatının ofisində REAL-ın İcra Katibi Natiq Cəfərli, İdarə Heyəti üzvləri Azər Qasımlı və Erkin Qədirli arasında görüş keçirilib.
Hərəkatının mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, iki saat davam edən görüşdə ölkənin iqtisadi vəziyyəti və gələcək inkişaf perspektivləri, ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbus problemləri müzakirə edilib.
Qaynar.info




