Xəbər lenti

ABŞ səfirliyindən Mirqədirovla bağlı açıqlama
Siyasət16:02 22.04.2014

ABŞ səfirliyindən Mirqədirovla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahatdır.

Musavat.com-un məlumatına görə, bu barədə “Azadlıq” radiosuna Bakıdakı ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib.
 
“Biz həmçinin, Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası (Track II) cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq. Xalq diplomatiyası (Track II) kontaktları hər iki cəmiyyəti münaqişənin dinc həllinə hazırlayan, etimad-yaradan mühüm tədbirlərdir”, - deyə səfirliyin məlumatında bildirilir.

Qaynar.info