Xəbər lenti

ABŞ görünməz hərbi təyyarələr istehsal edəcək
Texnologiya10:40 20.11.2017

ABŞ görünməz hərbi təyyarələr istehsal edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ məşhur "Star Wars" filmindən təsirlənərək radara düşməyən yeni nəsil hərbi təyyarələr istehsal etməyi planlaşdırır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın bu layihəsi yarasa formasındakı dizaynı ilə "F-117 Nighthawk" və "F-22 Raptor" tipli təyyarələri daha da inkişaf etdirməyi, bombardman təyyarələrinin istehsalında lider olan Rusiyanı geridə qoymağı hədəfləyir. "B-21" adını alan təyyarə Los Ancelesin şimal-şərqində yerləşən müəssisədə istehsal ediləcək və hər birinin dəyəri 550 milyon dollardır. Müəssisədə 2019-cu ilə qədər 5 mindən çox insan çalışacaq. Layihə 2030-cu ildə yekunlaşacaq və Pentaqon 100 ədəd "B-21" təyyarəsi istəyir. 
ABŞ-ın sabiq hərbi təyyarə pilotu Meys Karpanter bildirir ki, 2022-ci ilə qədər ölkəsinə aid hərbi təyyarələrin 25%-ni radara düşməyən təyyarələr təşkil edəcək. 
Gülşən
Qaynarinfo.Az