Polşa ABŞ-dan 32 ədəd ən son model F-35 qırıcılarını almaq üçün sövdələşməni başa çatdırıb.
Qaynarinfo xəbər verir ki, bunu Polşanın Müdafiə naziri Mariuş Blaşşak deyib.
Saziş 4,6 milyard dollar təşkil edib. Müqavilədə polşalı pilotların öyrədilməsi, simulyatorlarda təlim keçmələri və logistika sahəsində əməkdaşlıqları nəzərdə tutulub.
F-35-lər Polşa ordusuna daxil olan Sovet istehsallı MiG-29 və Su-22 təyyarələrini əvəz edəcək.
Bu ərəfədə Polşanın Baş naziri Mateuş Moravetski Polşanın hələ də Rusiya döyüş təyyarələrindən qismən asılı olduğunu, "NATO-nun tam və etibarlı üzvü" olan Varşavanın öz hava qüvvələrini modernləşdirməyə çalışdığını bildirib.
Qeyd edək ki, Rusiyadan S400-lər aldığına görə F-35 proqramında iştirakı dayandırılmış Türkiyə 100 ədəd F-35 almağı planlaşdırırdı. Martdan etibarən Türkiyənin istehsal zəncirindən də çıxarılacağı açıqlanıb. Bu tarixdən etibarən Türkiyədə F-35-lərin hissələrini istehsal edən şirkətlər istehsalı dayandırmalı olacaq.
Alpər