Xəbər lenti

ABŞ yeni həmsədr təyin etdi
Siyasət04:39 06.08.2013

ABŞ yeni həmsədr təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin ATƏT-in Minsk Qrupuna həmsədr təyin edildiyini bəyan edib.

Bu barədə ABŞ dövlət departamentinin rəsmi saytı məlumat verir.

"O, birinci dərəcəli diplomatdır və mən əminəm ki, o, bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək. ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə nail olmaq üçün iki ölkəyə yardım göstərilməsinə tam sadiqdir", deyə Kerrinin bəyanatında bildirilib.

Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq.

Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub. Bunadək o, ABŞ-ın Bolqarıstanda səfiri (2009-2012-ci illərdə) olub və Dövlət Departamentində digər məsul vəzifələrdə çalışıb.

Bundan əvvəl 2012-ci ilin dekabrında səfir Robert Bradtke ABŞ-dan ATƏT-in Minsk qrupunun daimi həmsədri kimi öz missiyasını bitirib.

Səfir Yan Kelli 2012-ci ilin dekabrın 21-də ABŞ-dan yeni daimi həmsədr təyin edilməyənəcək müvəqqəti həmsədr kimi təqdim edilmişdir.

Trend