Xəbər lenti

Abşeronda sexdə yanğın olub
Ölkə05:37 17.03.2016

Abşeronda sexdə yanğın olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonunda MMC-yə məxsus sement istehsalı sexində yanğın olub.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Digah qəsəbəsində “TUR-M” MMC-yə məxsus sement istehsalı sexinin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğını saat 02:59-da yanğınsöndürənlər söndürüb.

Qaynar.info