Xəbər lenti

Ağcabədi sakini əmisi oğlunu qətlə yetirdi
Ölkə05:34 09.09.2013

Ağcabədi sakini əmisi oğlunu qətlə yetirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 26 yaşlı oğlan əmisi oğlunu öldürüb.

Ağcabədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə  rayonun Hindarx qəsəbəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Yasin Firdovsi oğlu Məmmədov aralarında yaranan münaqişə zəminində əmisi oğlu, 1982-ci il təvəllüdlü Bəhruz Əlifağa oğlu Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Y. Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info