Xəbər lenti

Ağcabədidə qaçırılan qız tapıldı
Ölkə16:15 14.03.2022

Ağcabədidə qaçırılan qız tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədidə qaçırılan qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, martın 7-də Laçın rayon sakini Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb və rayon polis şöbəsinə gətirilib.
Fakt üzrə Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.