Rayon sakinləri elektik enerjisi və təbii qaz verilməsindəki problemlərin həll olunmamasına etirazlarını bu yolla bildiriblər Ağcabədi rayonunda sakinlər magistral yolu bağlayıblar. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, rayon sakinləri səhər saatlarına Yevlax-Beyləqan magistral yolunu, daha doğrusu "Avşar petrol"-un qarşısında yolu kəsiblər.
Sakinlərin yolu kəsmələrinə səbəb rayona elektik enerjisi və təbii qaz verilməsində yaranan problemlər olub.
Ağcabədi Rayon Polis Şöbəsindən aldığımız məlumata görə, polis tərəfindən sakinlərin etiraz cəhdinin qarşısı alınıb.