Xəbər lenti

Ağcabədidə tank mərmisi aşkar edildi - FOTO
Ölkə16:19 26.06.2016

Ağcabədidə tank mərmisi aşkar edildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (anama) tərəfindən Ağcabədi rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
APA-nın məlumata görə, 26 İyun tarixində  rayonun Minəxorlu kəndində 1 əkin sahəsinə və Muğanlı kəndində  Qar-Qar çayı sahilinə baxış keçirilib.
İki ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) döyüş başlığı və BK14-M 125 mm-lik tank mərmisi) aşkar olunub.  Mərminin daşınması mümkün olmadığı üçün yerində partlayış yolu ilə məhv edilib. Gün ərzində 15 000 kv. m ərazi təmizlənib. 
Qaynarinfo.az