Xəbər lenti

Ağcabədidə yazıçı Şərif Ağayarla görüş (FOTOLAR)
Sənət08:44 23.11.2019

Ağcabədidə yazıçı Şərif Ağayarla görüş (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinin mədəniyyət mərkəzində tanınmış yazıçı Şərif Ağayarla oxucuların görüşü keçirilib.
Qaynarinfo xəbər verir ki, Şərif Ağayarın özünün apardığı tədbirdə oxucular, regionda yaşayan qələm adamları və həmyerliləri iştirak edib.
Tədbir "Şəkil” hekayəsinin səslənməsi ilə başlayıb. Daha sonra yazıçı giriş nitqi edərək, sözü tanınmış saz ifaçısı və müəllimi Cabbar Cabbarova verib. Bundan sonra rayonun tanınmış sənətkarları, ziyalıları və sənət adamları ardıcıl çıxış edərək yazıçının yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə saz və muğam ifaçıları Şərif Ağayarın gənclik dövründə yazdığı şeirləri ifa ediblər. Yazıçı özü də sazın müşayətilə bir neçə şeirini söyləyib, Laçın yaylaqları ilə bağlı maraqlı xatirələrini bölüşüb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.