Xəbər lenti

AccessBank-ın xarici səhmdarları Bankı yenidən dəstəklədi (R)
Ekonomiks07:07 08.10.2017

AccessBank-ın xarici səhmdarları Bankı yenidən dəstəklədi (R)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bank növbəti dəfə maliyyə mövqeyini gücləndirdi 

AccessBank-ın səhmdarları tərəfindən 20 mln manat məbləğində 4.8 mln yeni səhmlərin əldə edilməsi nəticəsində Bankın nizamnamə kapitalı 140 mln manatadək artırıldı. Səhmlərin emissiyası və qeydiyyatı 30 sentyabr 2017-ci il tarixində başa çatıb.

"Kapitalın ikinci dəfə artırılması bir daha səhmdarlarımızın Bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını  maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə  şərait yaradacaq” – AccessBank-ın İdarə Heyətinin sədri Rolf Reichardt bildirib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.