AccessBank xidmətlərindən ən çox istifadə edilən top beş bankın siyahısına daxildir. Sosial Tədqiqatlar Mərkəzinin (STM) Azərbaycan üzrə apardığı sorğunun nəticələri belə deməyə əsas verir.
STM 24 avqust - 6 sentyabr 2021-ci il tarixlərində ölkə miqyasında əhali arasında telefon sorğusu keçirib. Kreditlər və ümumi bank xidmətləri ilə bağlı keçirilən sorğuda 1069 respondent iştirak edib. Respondentlər arasında son 1 ildə xidmətlərindən ən çox istifadə edilən banklar sırasında AccessBank top beşlikdə qərarlaşıb.
Sorğuda əminlik intervalı 95.0%, statistic xəta əmsalı 3.0% təşkil edib.
Sorğu haqqında ətraflı məlumat əldə etmək üçün:
Sosial Tədqiqatlar Mərkəzi ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mənəvi və digər sahələrdə baş verən proseslər haqqında sorğular keçirir, ictimai rəyi ölçür və ictimaiyyətə, müvafiq hökumət qurumlarına açıq və qapalı arayışlar təqdim edir.
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın sosial şəbəkələrdə (
Facebook,
Instagram,
LinkedIn) hesablarına daxil olmaq olar.
