Xəbər lenti

“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdədə start verdi (FOTOLAR)
Ekonomiks14:19 17.04.2023

“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdədə start verdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Səyyar qəbul otağı” həftənin ilk iş günündə Bərdə sakinlərinin ixtiyarına verilib.
Qaynarinfo "Azəriqaz”a istinadən xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb.
Mikrofon önünə çıxan 2 sakin qapı keçidinin quraşdırılmasını xahiş edib. Bundan başqa qaz xəttinin yerinin dəyişdirilməsi və işə qəbulla bağlı müraciətlər də ünvanlanıb.
"Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR "Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.