Xəbər lenti

Açıq-saçıq səhnədə oynamış Pərvin Abıyeva: "Öpüşmərəm..."
Maqazin11:30 12.06.2016

Açıq-saçıq səhnədə oynamış Pərvin Abıyeva: "Öpüşmərəm..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış gənc aktrisa Pərvin Abıyeva bu günlərdə yeni filmə çəkilmək üçün təklif alıb.
Big.az-a danışan P.Abıyeva bildirib ki, sözügedən filmdə öpüşmə səhnəsi olduğu üçün təklifi qəbul etməyib:
"Rolum mənim üçün çox vacibdir. Bu günlərdə bir filmə çəkilmə təklifi aldım. Amma öpüşmə səhnəsi olduğu üçün çəkilmədim".
"Gecə qonağı" filmində açıq-saçıq səhnələrdə çəkilən aktrisa buna rağmən tənqidləri normal qəbul etdiyini də bildirib:
"Filmin hansı janrda olmağından asılı olmayaraq tərif və tənqid həmişə var. İnsanlar fərqli düşünürlər. Məsələn, "Gecə qonağı" filmində də elə açıq-saçıq danışıqlar, dialoqlar olmasaydı, normal bir film olsaydı belə, tənqidlər olacaqdı. Tənqidləri həmişə normal qəbul edirəm".
Qaynarinfo.az