Açıq ürək əməliyyatı olunan xanəndə Aqil Məlikov xəstəxanadan evə buraxılıb.
Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib. O, səhhətinin tədricən yaxşılaşdığını bildirib:
“Şükür Allaha, özümü yaxşı hiss edirəm. Evimdəyəm, ocağımdayam. Adam özünü evində daha rahat hiss edir. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, xanəndə Aqil Məlikov bir neçə gün əvvəl özünü pis hiss edib. Vəziyyəti pisləşən sənətçi açıq ürək əməliyyatı keçirib. Əməliyyat zamanı onun ürəyində dörd damar dəyişdirilib.
Bahar Rüstəmli
Şərhlər